hia.az
hia.az

Azərbaycanda həyatın yaşam sığortasının məhdudlaşdırılmasının səbəbləri açıqlanıb

184 dəfə baxılıb 28-08-2023, 12:28

Azərbaycanda həyatın yaşam sığortasının məhdudlaşdırılmasının səbəbləri açıqlanıb


“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyi ölkədə fəaliyyət göstərən bütün həyat sığorta şirkətləri tərəfindən sentyabrın 1-dən “Həyatın Yaşam Sığortası” məhsuluna qoşulma zamanı kredit xəttininin məhdudlaşdırılmasının səbəblərini açıqlayıb.

ASA-dan “Report”a bildirilib ki, məhsul çərçivəsində kreditləşmənin ləğv olunmasının əsas məqsədi məhsulun yığım və sığorta xarakteristikalarının təkmilləşdirilməsi ilə bağlıdır.

“Bu məhsul çərçivəsində kreditləşmənin ləğv olunmasının əsas məqsədi məhsulun yığım və sığorta xarakteristikalarının təkmilləşdirilməsi ilə sığorta olunanlarda uzunmüddətli yığım mədəniyyətinin artırılması, eyni zamanda məhsulun iqtisadiyyatda uzunmüddətli vəsaitlər generasiya edilməsində sektorun töhfəsinin artırılmasıdır. Bu şərt qeyd olunan tarixdən əvvəl yaradılmış müqavilələrə şamil edilmir. ASA bütün sığorta iştirakçıları ilə birlikdə sığorta bazarının inkişafı, eləcə də məhz həyat sığortasının insanlarımızın həyatına dəyər qatması istiqamətində fəaliyyətini daha da genişləndirəcək”, - deyə açıqlamada bildirilib.

Bildirilib ki, bu məhsulun imkanlarının effektiv reallaşdırılması ilə əhalini uzunmüddətli yığıma daha fəal təşviq etmək, bununla da sektorun, eləcə də bu məhsulun istifadəçilərinin ölkə iqtisadiyyatı üçün vacib olan investisiya fəallığının genişləndirilməsi məqsədilə bazarın həyat sığortası iştirakçıları, 5 həyat sığorta şirkəti, ASA tərkibində müzakirələr nəticəsində sentyabrın 1-dən etibarən həyatın yaşam sığortası məhsuluna qoşulma zamanı kredit xəttindən istifadəni təklif etməyəcəklər.
Qeyd edək ki, “Həyatın yığım sığortası” məhsulundan istifadə edənlər gəlirlərini artırmaq məqsədilə əməkhaqqının əsas hissəsini yığım sığortasına yönəldirlər. Əvəzində şirkətlər sığortaolunanlara illik 7,5%-lə kredit xətti təklif edirlər.

Nəticədə isə, “Həyatın yığım sığortası” məhsulundan istifadə etməklə əməkhaqqının əsas hissəsindən 50% və ya 72% (əməkhaqqıdan asılı olaraq) qazanc və aşağı faizlə kredit xətti əldə edilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi