hia.az
hia.az

Dəhşətli qəzada qolunu itirən “Nikosayağı”nın son vəziyyəti AÇIQLANDI

112 dəfə baxılıb 19-08-2023, 14:28

Dəhşətli qəzada qolunu itirən “Nikosayağı”nın son vəziyyəti AÇIQLANDI

"Bloqer Nicat Şakirlinin ümumi vəziyyəti stabil olaraq qalır".

Bu barədə Trend-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) yol-nəqliyyat hadisəsində qolunu itirən bloqerin vəziyyəti ilə bağlı bildirilib.

"Reanimasiya şöbəsində müalicələri aparılan Nicat Şakirlinin vəziyyəti qənaətbəxş hesab edilir. Xəstənin lazımi müayinələrdən keçirilməsi və dinamik müşahidə davam etdirilir. Rutin müalicə prosesi aparılır".

Xatırladaq ki, sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi