hia.az
hia.az

Azərbaycanlı həkim təyyarədə halı pisləşən uşağın həyatını xilas etdi

108 dəfə baxılıb 11-08-2023, 14:37

Azərbaycanlı həkim təyyarədə halı pisləşən uşağın həyatını xilas etdi

İkinci MDB Oyunları üçün Belarusa yola düşən muay-tay üzrə Azərbaycan milli komandasının həkimi Dilbər Səfərova “Belaviya” hava gəmisində halı pisləşən azyaşlı belarusluya ilkin tibbi yardım göstərərək həyatını xilas edib.

Sərnişinlər arasında yeganə tibb işçisi olan Dilbər Səfərova tibbi yardımdan sonra uşağın vəziyyətinin stabil olduğunu bildirib: “Qıc olmuş körpəni tutdum və ilkin tibbi yardım göstərdim, hərarətini aşağı salmaq üçün ona iynə vurdum”.

Azərbaycanlı həkim həyatı göstərişlə bağlı məcburi eniş edən təyyarədən uşağı endirərək onları gözləyən təcili tibbi yardım əməkdaşlarına təhvil verdikdən sonra təyyarəyə - komandasının yanına qayıdıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi