hia.az
hia.az

“Laçın dəhlizini açıq bazara çeviriblər” – Rusiya sülhməramlılarına ittiham

227 dəfə baxılıb 13-09-2021, 14:18

“Laçın dəhlizini açıq bazara çeviriblər” – Rusiya sülhməramlılarına ittiham

İran İslam Respublikasının yük maşınlarının Laçın dəhlizindən qanunsuz şəkildə keçərək erməni separatçılarına lojistik dəstək verməsi Rusiya-İran tandeminin Azərbaycana qarşı birgə olduğunu göstərir”.

Bunu politoloq Məhəmməd Əsədullzadə deyib. O, İran maşınlarının birbaşa Rusiyanın göstərişi ilə Qarabağa hərərkət etdiyini bildirib:

"Halbuki 10 noyabr Birgə Bəyannaməsinə uyğun olaraq, xarici ölkə vətəndaşlarının dəhlizdən keçib Azərbaycan ərazisinə daxil olmasına Rusiya sülhməramlı qüvvələri icazə verməməlidir. Göründüyü kimi, Rusiya "sülhməramlı" qüvvələri Laçın dəhlizini açıq bazar elan edib və istənilən ölkənin nümayəndəsi və yük maşınları Azərbaycan ərazisinə keçərək təhlükəsizliyimizi təhdid edirlər. Bunun qarşısı alınmasa, Azərbaycana qarşı separtizm inkişaf edəcək”.

M.Əsədullazadə Azərbaycanın ötən ay İrana nota verdiyini xatırladıb:

"Görünüən odur ki, İran verilən notalara əməl etmir. Rəsmi Tehranın əsas məqsədi Azərbaycana qarşı erməni separtaizmini ayaqda saxlamaqdır. Rəsmi Bakı İranın bu desutriktiv siyasətinə qarşı Qafan-Gorus yolunu İran TIR-larına bağlamalıdr. Həmçinin Laçın dəhlizində İran TIR-larının mümkün şəkildə istənilən variantla qarşısı alınmalıdır. Laçın dəhlizində postumuz olmadığı müddətdə, Azərbaycana qarşı bu kimi təxribatlar davam edəcək”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi