hia.az
hia.az

İsveçdə “Quran”ın yandırılmasına yenidən icazə verilib

61 dəfə baxılıb 3-08-2023, 08:53

İsveçdə “Quran”ın yandırılmasına yenidən icazə verilib


İsveç polisi “Quran”ın yandırılması aksiyayasına yenidən icazə verib.

Məlumata görə, aksiya bu gün Stokholmda baş tutacaq.

Adı açıqlanmayan qadın aksiyanı təşkil etməkdə məqsədinin Quranın bir çox insanın həyatına son qoyması olduğunu bildirib.

“Ümid edirəm ki, bütün dünya bu sözləri eşidəcək, çünki dinin siyasət olduğunu qəbul etmək vacibdir. Din yaratmaq bir biznesdir”, - deyə o deyib.

Eyni zamanda, o, özünü heç bir dinə aid etmək istəmədiyini, guya “İncil”in on qaydasına əməl etdiyini əlavə edib.

Qeyd edək ki, iyunun sonunda İsveç polisi müsəlmanların Qurban bayramının ilk günündə Stokholmun əsas məscidində “Quran”ın yandırılması aksiyasına da icazə vermişdi.

Mənbə: Lenta.ru


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi