hia.az
hia.az

"Laçın keçid məntəqəsinin legitimliyini heç kim sorğulaya bilməz" - Ayxan Hacızadə

88 dəfə baxılıb 29-07-2023, 19:45

"Laçın keçid məntəqəsinin legitimliyini heç kim sorğulaya bilməz" - Ayxan Hacızadə

"Ermənisan Xarici İşlər Nazirliyi yenə də dezinformasiya yayır".

Bunu Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Tviter səhifəsində yazıb. O, Ermənistan XİN sözçüsü Ani Badalyanın bəyanatına cavab olaraq bildirib ki, 68 yaşlı Vaqif Xaçaturyan Xocalıdakı Meşəli qətliamında iştirak etdiyi üçün beynəlxalq axtarışa verilib.

“Beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa istinad edən Ermənistan XİN-in sözçüsü xəbərsizdir ki, Laçın keçid məntəqəsi Azərbaycanın suveren ərazisindədir və onun legitimliyini heç kim sorğulaya bilməz”, - deyə Hacızadə bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi