hia.az
hia.az

Mehriban Əliyeva Vardis Vardinoyannis ailəsinə başsağlığı verib

94 dəfə baxılıb 25-07-2023, 13:35

Mehriban Əliyeva Vardis Vardinoyannis ailəsinə başsağlığı verib

Birinci vitse-prezident Mehriban Əliyeva Vardis Vardinoyannis ailəsinə başsağlığı verib.

Başsağlığında deyilir:

"Səmimi dostum, əziz və dəyərli insan olan Mariannanın vəfatı məni dərindən sarsıtdı. Yaxın insanı itirmək ağrısı heç nə ilə müqayisə oluna bilməz.

Qəlblərimizi dolduran bu kədər hissini ifadə etməyə söz tapmaq çətindir.

Görkəmli ictimai xadim, vəfalı ömür-gün yoldaşı, etibarlı dost – Marianna onu tanıyanlar üçün xeyirxahlıq, nəciblik, mərhəmət, şəfqət rəmzi idi.

O, parlaq, çalışqan, təşəbbüskar, insanların ağrı-acısını dərindən hiss etməyi bacaran əvəzsiz şəxsiyyət olaraq yaddaşlarda qalacaqdır.

Marianna Vardinoyannis həm də Azərbaycanın səmimi dostu idi. Təsadüfi deyil ki, onun Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilərək Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif edilmişdir.

Marianna ilə görüşlərimiz zamanı yaratdığı sevgi dolu, xoş və unudulmaz xatirələr daim qəlbimdə yaşayacaqdır.

Bu ağır günlərdə dərdinizi bölüşür, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirəm".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi