hia.az
hia.az

İlham Əliyevin Şuşadakı çıxışı - Dünya mediasında

88 dəfə baxılıb 22-07-2023, 09:59

İlham Əliyevin Şuşadakı çıxışı - Dünya mediasında


Azərbaycan Prezidenti İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzində olub.

49 ölkədən 200-dək xarici qonağın qatıldığı Şuşa Qlobal Media Forumunu dünyanın çox media qurumunda işıqlandırılıb.

Belə ki, Pakistanın rəsmi “Associated Press of Pakistan” agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin Forumda çıxışından əsas məqamları dərc edib. Agentliyin materialında diqqətə çatdırılıb ki, Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu, 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.

Prezident İlham Əliyevin Forumdakı çıxışı qardaş Türkiyənin “TRTHaber”, “Takvim”, “Yeni Şafak”, “HaberGlobal”, “Milliyet”, “Anadolu” agentliyi, “CNN Türk” və başqa telekanal, agentlik, qəzet və portalları tərəfindən geniş işıqlandırılıb.

Şuşa Qlobal Media Forumu Rusiya mediasının da diqqət mərkəzindədir. Bu ölkənin rəsmi TASS agentliyinin yaydığı, habelə “News.ru” və “Ria.ru” saytı,“Vesti Kavkaza” portalı dövlət başçısının Ermənistanın mina terroru, Azərbaycan dövlətinin ərazilərin minalardan təmizlənməsi üzrə fəaliyyəti haqqında fikirlərinə geniş yer ayırıb. Rusiya mətbuatı, həmçinin Şuşa Qlobal Media Forumunda müzakirə olunan məsələlər barədə ətraflı məlumat verib.


Forum Albaniyanın Teleqraf Agentliyi (ATA), İspaniyanın “El Periodista” nəşri, ABŞ-ın “Newyorkinsider.net”, Fransanın “France11”, Kubanın “Prensa-latina.cu”, Qırğızıstanın “AKİ Press”, eləcə də digər xarici KİV-də də işıqlandırılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi