hia.az

Şağan bələdiyyəsinin sədri barəsində cinayət işi başlandı

145 dəfə baxılıb 18-07-2023, 09:09

Şağan bələdiyyəsinin sədri barəsində cinayət işi başlandı


Xəzər rayonu, Şağan kənd bələdiyyəsinin sədri Sevinc Atayeva və bir qrup keçmiş əməkdaşı barəsində cinayət işi başlanıb.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, təqsirləndirilən şəxslər sənəd saxtalaşdırmaqada və külli miqdarda dələduzluqda təqsirləndirilirlər.

Sevinc Atayeva Cinayət Məcəlləsinin 320-ci (saxta sənəd hazırlama), Əli Cahangirov, Ruslan Məmmədov, Elçin Xalıqov və Elşan Xanlarov 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar. Onların hər biri barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.

İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi