hia.az
hia.az

"Dərman vasitəsini şəxsi məqsədlər üçün gətirənlər bəzən bunu sonradan satırlar" - Nazir müavini

118 dəfə baxılıb 6-07-2023, 11:56

"Dərman vasitəsini şəxsi məqsədlər üçün gətirənlər bəzən bunu sonradan satırlar" - Nazir müavini


"Səhiyyə Nazirliyi mütəmadi şəkildə dərman vasitələrinin qiymətləri ilə bağlı müvafiq strukturlarla təhlillər aparır".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.

Nazir müavini bildirib ki, digər ölkələrin dərmanlarının qiymətləri ilə əlaqəli məlumat bazası toplanır: “Lazım olan təqdirdə Tarif Şurası ilə operativ müzakirə aparılaraq həll yolarını tapırıq”.

R.İsmayılov qeyd edib ki, Azərbaycanda şəxsi istifadə üçün ölkəyə dərman gətirilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur:

"Fiziki şəxsin öz şəxsi istifadəsi üçün dərman gətirməsi üçün lazımi şərait yaradılıb. Əgər hər hansı bir şəxs Azərbaycanda müalicə alırsa, öz müalicəsi üçün zəruri dərman vasitələrini xaircdən gətirə bilər. Dərman vasitəsini şəxsi məqsədlər üçün gətirənlər bəzən bunu sonradan satırlar. Bu dərmanların keyfiyyətinə zəmanət verilmir”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi