hia.az
hia.az

Ukrayna əks-hücum əməliyyatını təxirə sala bilməz, çünki....

111 dəfə baxılıb 16-06-2023, 11:57

Ukrayna əks-hücum əməliyyatını təxirə sala bilməz, çünki....

Ukrayna əks-hücum əməliyyatını təxirə sala bilməz, çünki Kiyev soyuq havaların başlamasından əvvəl yay-payız dövründə irəliləyiş əldə etmək niyyətindədir.

Bu barədə “The Washington Post” qəzeti Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilir ki, Ukrayna bu yolla Qərb müttəfiqlərinə Rusiyaya müqavimət göstərməyə qadir olduğunu göstərmək istəyir.

Qəzetin mənbələri qeyd ediblər ki, əks-hücum əməliyyatı çoxlu sayda insan tələfatına və texnikanın itkisinə səbəb olacaq. Vəziyyət həmçinin Rusiyanın nəzarətində olan ərazilərə daha dərindən zərbələr endirmək üçün Qərb təyyarələrinin olmaması ilə daha da ağırlaşır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi