hia.az
hia.az

Azərbaycandan ən çox səs Ərdoğana gedib

102 dəfə baxılıb 29-05-2023, 12:48

Azərbaycandan ən çox səs Ərdoğana gedib


Ötən gün Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Azərbaycanda səs verən türkiyəli seçicilərin böyük əksəriyyəti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib.

Bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Azərbaycanda 15 məntəqədə keçirilən seçkilərdə seçicilərin 53,59%-i ( 2644 səs) AKP lideri Rəcəb Tayyib Ərdoğana, 46,41%-i (2290 səs) isə CHP sədri Kamal Kılıçdaroğluna səs verib.

Azərbaycandakı səsvermədə 4983 Türkiyə vətəndaşı iştirak edib. Onlardan 4934 səs etibarlı sayılıb, 49 səs isə etibarsız hesab edilib. Seçici aktivliyi isə 57,75% olub.

Qeyd edək ki, seçkilərin ilkin nəticələrinə əsasən, Rəcəb Tayyib Ərdoğan prezident seçilib. Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yenerin jurnalistlərə verdiyi açıqlamaya görə, Ərdoğan 52,14, Kamal Kılıçdaroğlu isə 47,86% səs qazanıb. YSK rəhbəri deyib ki, hələ sayılmayan səslər nəticəyə təsir etməyəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi