hia.az
hia.az

Muradov girov götürülən azərbaycanlı ilə görüşdü

290 dəfə baxılıb 3-09-2021, 17:27

Muradov girov götürülən azərbaycanlı ilə görüşdü
Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov Qarabağdakı separatçı-terrorçular tərəfindən girov götürülən, psixiatrik xəstəxanadan qaçan azərbaycanlı hərbçi Cəmil Babayevi ziyarət edib.

Bu məlumatı “Sputnik Ermənistan” yayıb. Ziyarət zamanı Muradov Babayevin səhhəti və saxlanma şəraiti ilə maraqlanıb.

Agentlik Babayevin xahişi əsasında ona yaxınları ilə əlaqə qurmaq imkanının yaradılacağını bildirib.

Qeyd edək ki, Babayev avqustun 25-də Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan Ağdərə ərazisində saxlanılıb. Azərbaycan isə sonradan Babayevin Gəncədəki psixiatrik xəstəxanadan qaçaraq, Qarabağa gəldiyini açıqlayıb.

C.Babayev haqda cinayət işi açılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi