hia.az
hia.az

SON DƏQİQƏ! Dünyanın gözü Qırmızı Meydanda - Putindən İLK MESAJ

95 dəfə baxılıb 9-05-2023, 18:33

SON DƏQİQƏ! Dünyanın gözü Qırmızı Meydanda - Putindən İLK MESAJ

9 May Qələbə Günü münasibətilə Moskvada hərbi parad başlayıb. Son illərin "ən gərgin qələbə bayramı" üçün bu səhər minlərlə insan Qırmızı Meydana axışıb. Rusiyanın müdafiə naziri Sergey Şoyqu mərasimə 10 mindən çox insanın qatıldığını, 125 ədəd müxtəlif silah və texnikanın nümayiş olunduğunu bildirib.

Rusiya prezidenti Vladimir Putin Qırmızı Meydanda verdiyi açıqlamada Rusiyanın “əsl müharibə” apardığını vurğulayıb.

Putin dünyanın “dönüş nöqtəsində” olduğunu, Rusiyaya qarşı müharibə başladıldığını iddia edib:

“Bu gün sivilizasiya yenidən həlledici dönüş nöqtəsindədir. Vətənimizə qarşı müharibə başladılıb”.

Rusiyanı qalib olmağa çağıran Putin, “Rusiya üçün, silahlı qüvvələrimiz üçün, qələbə üçün! Yaşasın” dedi.

Bu gün hərbi paradda Putini Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Belarus liderləri, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan müşayiət edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi