hia.az
hia.az

Bu dəfə bir-birilərinin fotosuna söz atdılar

72 dəfə baxılıb 27-04-2023, 12:40

Bu dəfə bir-birilərinin fotosuna söz atdılar

Şair Nazilə Səfərli və rəqqasə Fatimə Fətəliyeva yenə bir-birinə söz atıb.

Nazilə instaqramda şəkil yayımlayaraq "Bağa nə tez köçmüsən? Danışmadan göstərim. Özü də fotoşopsuz" şərhini yazıb.

Bir müdddət sonra isə Fatimə video yayımlayaraq "Buradan bəzilərinə demək istəyirəm ki, effektsiz mən, yəni effektsiz" sözlərini söyləyib.

Qeyd edək ki, Nazilə məhkəmədə Fatimədən 50 min təzminat istəyib. Nazilə məhkəmədə qalib gəlib. Fatimə isə apellyasiya məhkəməsinə müraciət edib.

Xatırladaq ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla" sözlər səbəb olub. Ondan sonra Fatimə bu sözlərin ona aid olduğunu söyləyib.

Axşam.az


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi