hia.az
hia.az

“Taliban” yeni nazirlər təyin etdi

274 dəfə baxılıb 1-09-2021, 15:55

“Taliban” yeni nazirlər təyin etdi
Əfqanıstanda yeni nazirlər təyin olunub.

Bu barədə məlumatı “Khaama Press” yayıb.

Məlumata əsasən, “Taliban” hərəkatının siyasi qanadının rəhbəri Molla Abdul Qani Baradar Əfqanıstanın xarici işlər naziri təyin olunub.

Bununla yanaşı qeyd olunur ki, “Taliban” hərəkatının ilk lideri Molla Ömərin oğlu molla Yakub ölkənin müdafiə naziri vəzifəsini tutacaq. Həmçinin, hərəkatın liderlərindən biri Cəlaluddin Hakkaninin oğlu Xəlifə Hakkani isə daxili işlər naziri təyin olunacaq.

Bildirilir ki, hökumətin qurulması məsələsi üzrə məsləhətləşmələr artıq başa çatıb və Nazirlər Kabinetinin tərkibi tezliklə elan olunacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi