hia.az
hia.az

Zaur Əliyev Tarif Şurasının üzvü TƏYİN EDİLDİ

106 dəfə baxılıb 7-04-2023, 13:49

Zaur Əliyev Tarif Şurasının üzvü TƏYİN EDİLDİ


Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi genişləndirilib.

Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Dəyişikliklə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi”nin “Şuranın üzvləri” hissəsinə Dövlət Statistika Komitəsi sədrinin müavini və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri əlavə olunub.

Digər bir dəyişikliklə isə Şuranın iclasları onun üzvlərindən azı doqquz nəfər iştirak etdikdə baş tutmuş sayılacaq.

Bundan əvvəl isə Şuranın iclasları onun üzvlərindən azı səkkiz nəfər iştirak etdikdə baş tutmuş sayılırdı.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi