hia.az
hia.az

Ceyhun Bayramov: “Azərbaycanla İsrail arasında əməkdaşlıq ortaq maraqlara əsaslanır”

113 dəfə baxılıb 29-03-2023, 15:15

Ceyhun Bayramov: “Azərbaycanla İsrail arasında əməkdaşlıq ortaq maraqlara əsaslanır”


“Ölkələrimiz arasında əməkdaşlıq qarşılıqlı anlaşmaya, hörmətə və ortaq maraqlara əsaslanır”.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Kohenlə görüşdən sonra mətbuata birgə bəyanatında bildirib.

“Xalqlarımız arasında yaxın əlaqələr münasibətlərimizin vacib elementidir. Biz 2021-ci ildə İsraildə turizm və ticarət ofisi açdıq. Daha sonra səfirliyin açılmasına qərar verdik. Bu, əməkdaşlığımızda dinamik göstəricidir.
Qarşılıqlı səfərlər münasibətlərimizin daha da genişlənməsində əhəmiyyətli rol oynayır. Yanvar ayında İsrailin Avrasiya ölkələrindəki səfirlərinin iclası Bakıda keçirildi, bu, tərəfdaşlığın və dostluğun ən böyük göstəricisidir”, - Ceyhun Bayramov qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi