hia.az
hia.az

Tətildən sonra basabas… - Metroda nə baş verir?

186 dəfə baxılıb 27-03-2023, 13:14

Tətildən sonra basabas… - Metroda nə baş verir?


Bu gündən etibarən 9 günlük Novruz tətili başa çatıb. Tətilin ilk iş günü metroda sıxlıq müşahidə olunur.

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Modern.az-a bildirib ki, ilk iş günündə sıxlıq kifayət qədər çoxdur.

O bildirib ki, uzun istirahətdən sonra ilk bir neçə iş günündə işə gecikmələr və digər məsələlərə görə, belə hallar olur. "28 May" stansiyasına qədər qatarlarda vaqon qapılarının saxlanması halları çoxalıb.

"Həmçinin "Nizami-İnşaatçılar" sahəsinin mürəkkəbliyinə görə qatar bir stansiyanı tərk etməmiş, təhlükəsizlik tələblərinə görə həmin istiqamətdə digər stansiyadan qatarın hərəkətə başlamasına yol verilmir və işarəvermə sistemləri ilə tənzimlənir. Əlavə tədbirlər kimi əvvəlcədən bir neçə addım atılmışdı ki, bu gecikmələr yaranarsa, qarşısı mümkün qədər alınsın, intervallarda artmalar çox olmasın. Bu gün metromuzda texniki və insan resursları cəhətdən mümkün nə varsa, edilir", - Bəxtiyar Məmmədov sərnişinlərin narazılığına aydınlıq gətirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi