hia.az
hia.az

Orucluq zamanı susuzluğun qarşısını almaq üçün - Məsləhətlər

129 dəfə baxılıb 22-03-2023, 16:13

Orucluq zamanı susuzluğun qarşısını almaq üçün - Məsləhətlər


Ramazan ayında oruc tutan insanların qarşılaşdığı əsas problemlərdən biri də susuz qalmaqla bağlıdır.

Pralmentinsesi.az xarici KİV-ə istinadən xəbər verir ki, oruc zamanı xüsusən də, imsakda bədənin su balansını qorunmaq və susuzluğun qarşısını almaq üçün bir sıra yollar mövcuddur.

Gəlin, həmin yollarla tanış olaq:

Yüksək su balansına sahib olan meyvələri yemək:

Bəzi meyvələrin tərkibinin böyük hissəsi sudan ibarətdir. Sahurdan sonra susuzluq hiss etmək istəmirsinizsə, su miqdarı yüksək olan qarpız, portağal ananas və banan kimi meyvələrdən istifadə edin.
Orucluq zamanı susuzluğun qarşısını almaq üçün - Məsləhətlər

Çiy tərəvəzlər su balansını artırır:

Çiy tərəvəzlərdə yüksək miqdarda su var. Sahur zamanı çiy tərəvəz və göyərtidən ibarət salat bədəninizin susuz qalmasının qarşısını alacaq.
Orucluq zamanı susuzluğun qarşısını almaq üçün - Məsləhətlər

Süd məhsulları susuzluğa kömək edəcək:

Ayran, qatıq, kefir kimi süd məhsulları orqanizmin su ehtiyacını ödəyir. Bu məhsulların kalorisi azdır, lakin uzun müddət toxluq hissi verir.
Orucluq zamanı susuzluğun qarşısını almaq üçün - Məsləhətlər

Meneral su Ramazanda oruc tutanların köməyinə gələcək:

Mineral su həm susuzluğun qarşısını alır, həm də həzmi asanlaşdırır.
Orucluq zamanı susuzluğun qarşısını almaq üçün - Məsləhətlər

Yüksək su balansına malik tərəvəzlər:

Bəzi meyvələr kimi bəzi tərəvəzlərin tərkibi də əsasən sudan ibarətdir. Bu tərəvəzləri qəbul etmək bədəndəki suyun səviyyəsini artırır və susuzluğunun qarşısını alır.
Orucluq zamanı susuzluğun qarşısını almaq üçün - Məsləhətlər


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi