hia.az
hia.az

Masallıda repetitor yanından qayıdan 17 yaşlı qız qaçırıldı

128 dəfə baxılıb 10-03-2023, 17:04

Masallıda repetitor yanından qayıdan 17 yaşlı qız qaçırıldı


Masallı rayonunda 11-ci sinif şagirdi olan 17 yaşlı qız evlənmək məqsədilə qaçırılıb.

Hadisə martın 9-da qeydə alınıb. Universitetə hazırlaşan və repetitor yanından evə qayıdan qız bir neçə nəfər tərəfindən maşına mindirilərək qaçırılıb. 18 yaşı noyabrda tamam olacaq şagirdin ailəsinin polisə müraciətindən sonra o tapılıb və ailəsinə təhvil verilib.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hazırda faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır: “Müraciətlə əlaqədar keçirilən müvafiq tədbirlər nəticəsində qızın yeri müəyyən olunub və gətirilərək ailəsinə təhvil verilib. 17 yaşı tamam olmuş həmin qız izahatında bildirib ki, zorla qaçırılmayıb. Evlənmək məqsədilə özü könüllü şəkildə gedib”.

Qeyd edək ki, Azərbaycanda nikaha daxil olma yaşı 18 yaş müəyyən edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi