hia.az
hia.az

Türkiyədəki Heydər Əliyev parkı köçürülür - AÇIQLAMA

125 dəfə baxılıb 10-03-2023, 14:16

Türkiyədəki Heydər Əliyev parkı köçürülür - AÇIQLAMA


Türkiyənin Iğdır bölgəsindəki Heydər Əliyev parkı yaxın aylarda yenidən qurulacaq.

Məsələ ilə bağlı "Unikal"a açıqlamasında Iğdır bələdiyyə başçısının müavini Ferdi Turan bildirib ki, parkla birlikdə Heydər Əliyevin heykəlinin də başqa bir əraziyə köçürülməsi planlaşdırılır.

"Hazırda bizim bələdiyyə binasını da başqa bir yerə köçürməyi düşünürük. Heydər Əliyev parkı da yenidən salınacaq və genişləndiriləcək. Hazırda parkın ərazisi 4 hektardır. Biz onun ərazisini 6 hektar etməyi düşünürük. Sözegedən layihəni həyata keçirmək üçün bir neçə şirkət müraciət etdi. Biz onları nəzərdən keçirdiyimiz üçün işlər ləngidi. Amma sonda TOKİ ilə razılaşdırıldı. Bu gündən etibarən parkda təmizlik və köçürmə işlərinə başlanılıb", - deyə Turan qeyd edib.

Onu da deyək ki, şəhərdəki Heydər Əliyev parkının yararsız vəziyyətə düşməsi haqqında sosial şəbəkədə görüntülər yayılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi