hia.az
hia.az

Nazirin həbs olunan gömrükçü əmisi oğlu AZADLIĞA BURAXILDI

132 dəfə baxılıb 9-03-2023, 17:29

Nazirin həbs olunan gömrükçü əmisi oğlu AZADLIĞA BURAXILDI


Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, polkovnik Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi, polkovnik Şükür Səfərov azadlığa buraxılıb.

Parlamentinsesi.az apa-ya istinadən xəbər verir ki, ittiham olunan şəxslər cinayət işi üzrə dəymiş ziyanı tam ödəyiblər.

Bu əsasla cinayət işlərinə xitam verilib, barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib.

Xatırladaq ki, polkovniklər - Rəşad Babayev və Şükür Səfərov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən ötən ilin iyul keçirilən əməliyyatla həbs olunmuşdular. Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Qeyd edək ki, polkovnik Rəşad Babayev əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmisi oğludur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi