hia.az
hia.az

TDT Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yaydı

55 dəfə baxılıb 25-02-2023, 21:08

TDT Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yaydı


Xocalının acı xatirəsi hələ də azərbaycanlı bacı-qardaşlarımızın qəlbində qalıb. Türk Dövlətləri Təşkilatı olaraq biz Xocalı soyqırımı qurbanlarını dərin ehtiramla yad edir, Azərbaycan xalqı və hökuməti ilə çiyin-çiyinə olmağa davam edirik.

Bu barədə Türk Dövlətləri Təşkilatının Baş katibi Kuban Ömürəliyevin Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı müraciətində deyilir.

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımından bu gün 31-ci il ötür. Bu zorakılıq nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb”, müraciətdə deyilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi