hia.az
hia.az

Elektrik enerjisi ilə bağlı gecə-gündüz tarifinə keçilir? - RƏSMİ

57 dəfə baxılıb 21-02-2023, 17:19

Elektrik enerjisi ilə bağlı gecə-gündüz tarifinə keçilir? - RƏSMİ


Milli Məclisdə elektrik enerjisi üzrə gecə və gündüz tarifləri məsələsi gündəmə gətirilib.
Bununla bağlı sualı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deputat Məşhur Məmmədov verib.

Onun “Azərbaycanda əhali abunəçilərinə elektrik enerjisi üzrə gecə və gündüz tariflərinin müəyyən edilməsi mümkündürmü?” sualına cavab olaraq Energetika Nazirliyinin Elektrik və istilik enerjisi şöbəsinin müdiri Ələsgər Həsənov belə cavab verib: “Enerji sistemində səmərəliliyin təmin olunması hər zaman nazirliyin marağında olub. Həmişə belə təkliflərlə çıxış etmişik. Amma elektrik enerjisi üzrə gecə və gündüz tariflərini tətbiq etmək sadə məsələ deyil.

Ona görə ki, sayğaclaşdırma buna uyğun qurulmalıdır. Gecə-gündüz tariflərinə keçmək istəsək, bunu hesablayan xüsusi smart sayğaclar olmalıdır”.(Qafqazinfo)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi