hia.az
hia.az

Türkiyə səfiri İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi

118 dəfə baxılıb 16-02-2023, 19:11

Türkiyə səfiri İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi


"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin onların tapşırığı ilə Türkiyəyə yardımları toplayıb göndərən şəxslərə təşəkkür edirəm".

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə Türkiyəyə humanitar yardımın yolasalma mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan həmişə olduğu kimi, bu dəfə də Türkiyəyə qardaş əlini uzadıb:

"Türkiyədəki qardaşlarım qarın altında üşüdüyü halda mən isti evimdə otura bilmərəm" deyərək öz yorğan-döşəyini göndərən qardaş və bacılarımıza təşəkkür edirəm. Biz Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə bu problemin də öhdəsindən gələcəyik. Türkiyə xalqı Azərbaycanın dar gündəki dostluğunu heç vaxt unutmayacaq. Allah heç zaman bizlərə belə acı yaşatmasın".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi