hia.az
hia.az

Mehriban Əliyeva Türkiyəyə başsağlığı verdi

120 dəfə baxılıb 6-02-2023, 15:31

[medium]https://www.xeberler.org/uploads/posts/2023-02/1675672245_mehriban.jpg[/medium]


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyəyə başsağlığı verib.

Mehriban Əliyeva bu barədə öz instaqram hesabında yazıb:

“Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram.

Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi