hia.az
hia.az

Daha bir ölkədə "Qurani-Kərim" YANDIRILIDI

117 dəfə baxılıb 24-01-2023, 12:54

Daha bir ölkədə "Qurani-Kərim"  YANDIRILIDI


Hollandiyada Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar (PEGIDA) hərəkatının lideri Edvin Vaqensveld Haaqada tək başına keçirdiyi aksiyada Quranı cırıb.

Parlamentinsesi.az xarici KİV-ə istinadən xəbər verir ki, Vaqensveld Quranı cırdığı anın fotolarını "Twitter" hesabında paylaşıb.

Paylaşımın davamında cırıq Quran səhifələrinin yandırıldığı da görülüb. Onun bu paylaşımı müsəlman ölkələri tərəfindən qınanılıb.

Bundan əlavə, Hollandiya Prokurorluğu tərəfindən 17 Noyabrda edilən yazılı açıqlamada Hz. Məhəmmədi təhqir etdiyi üçün polis tərəfindən saxlanılan Vaqensveldin islam inancının mənsublarını deyil, dinin özünü təhqir etdiyi və heç bir cinayət törətmədiyi səbəbilə cinayət məsuliyyətinə cəlb edilməyəcəyi bildirilib.

Qeyd edək ki, ötən günlərdə İsveçdə Türkiyə səfirliryinin qarşısında Danimarkanın ifrat sağçı Stram Kurs hərəkatının lideri Rasmus Paludana da "Qurani-Kərim" kitabını yandırmışdı.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi