hia.az

Sankt-Peterburqda avtomobildə partlayış nəticəsində polkovnik ölüb

3 dəfə baxılıb Bu gün, 10:17

Sankt-Peterburqda avtomobildə partlayış nəticəsində polkovnik ölüb


Sankt-Peterburqda avtomobil partlayıb, nəticədə Rusiya ordusunun polkovniki həlak olub.

Bu barədə Rusiya və Ukrayna mediası məlumat yayıb.

Məlumata görə, partlayış Sankt-Peterburq yaxınlığında yerləşən Şuşarı qəsəbəsində baş verib. Həlak olan şəxsin Rusiya ordusunun polkovniki olduğu məlum olub. Onun avtomobildə olan qohumu da yaralanıb.

Həlak olan şəxsin adı və hadisənin digər təfərrüatları hələlik açıqlanmır.

Rusiya İstintaq Komitəsindən bildiriblər ki, Sankt-Peterburqda baş vermiş partlayışdan sonra Rusiya hərbçisinin həlak olması faktı ilə bağlı cinayət işi başlanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi