hia.az
hia.az

Ombudsman: “Ərazilərimizdəki qeyri-qanuni istismarın region üçün təhlükə olduğunu dünya bilməlidir”

96 dəfə baxılıb 12-01-2023, 14:37

Ombudsman: “Ərazilərimizdəki qeyri-qanuni istismarın region üçün təhlükə olduğunu dünya bilməlidir”


“Ərazilərimizdəki qeyri-qanuni istismarın bütün region üçün təhlükə olduğunu dünya bilməlidir”.

Bu fikirləri “Report”un Ankara bürosuna açıqlamasında Türkiyədə səfərdə olan Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib.

O deyib ki, Ermənistanın işğalı nəticəsində uzun illərdən bəri soydaşlarımızın müxtəlif istiqamətlərdə hüquqları pozulub və bu barədə rəhbərlik etdiyi institut beynəlxalq ictimaiyyətə, müxtəlif ölkələrdə fəaliyyət göstərən ombudsmanlara mütəmadi olaraq müraciət edib, məlumatlar verib:

“Azərbaycanın əzəli torpaqlarında bilirsiniz ki, bir çox müharibə cinayətləri törədilib. Bu gün də beynəlxalq hüquqla tanınan ərazilərimizdə qeyri-qanuni istismar həyata keçirilir. Təbii ki, bu, yalnız Azərbaycan üçün deyil, bütün region üçün böyük bir təhlükədir. Hesab edirəm ki, dinc aksiyaçılarımıza dünyada fəaliyyət göstərən bir çox qeyri-hökumət təşkilatları, ekoloqlar və digər müvafiq qurumlar da dəstək verməlidir”.

Qeyd edək ki, S.Əliyeva Ankarada keçirilən “21-ci əsrdə insan hüquqlarının gələcəyi” mövzusunda beynəlxalq konfransda iştirak edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi