hia.az
hia.az

Məhkəmə sədrinin qardaşı oğlu faciəvi şəkildə öldü - Foto

121 dəfə baxılıb 12-01-2023, 13:42

Məhkəmə sədrinin qardaşı oğlu faciəvi şəkildə öldü - Foto


Ələt-Astara magistralında ölümlə nəticələnən qəza baş verib.

Magistralın Salyandan keçən hissəsində Masallı rayon sakini, Araz Məcidovun idarə etdiyi "KamAZ"la digər yük maşını toqquşub. Nəticədə A.Məcidovun sərnişini, Masallı rayon sakini, 1985-ci il təvəllüdlü Kiçibəyov Rahid Elibəyi oğlu hadisə yerində ölüb. Sürücü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qəzada vəfat edən R.Kiçibəyov Lerik Rayon Məhkəməsinin sədri Atabəy Kiçibəyovun qardaşı oğludur. O, biznes fəaliyyəti ilə məşğul olurmuş və yük maşınında bir neçə ton un olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Məhkəmə sədrinin qardaşı oğlu faciəvi şəkildə öldü - Foto


“Qafqazinfo”


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi