hia.az

Xameneidən hicabla bağlı tarixi qərar

142 dəfə baxılıb 5-01-2023, 13:42

Xameneidən hicabla bağlı tarixi qərar


İranın Ali Rəhbəri Əli Xamenei ölkədə qadınların hicab taxması barədə sərt qaydalarla bağlı mövqeyini yumşaldıb.

Pralamentinsesi.az “IRNA” agentliyinə istinadən xəbər verir ki, Xamenei mədəni, ictimai və elmi sahələrdə fəaliyyət göstərən bir qrup qadınla görüşü zamanı bu barədə danışıb.

Onun sözlərinə görə, İranda tələb edildiyi kimi, hicabla saçlarını tam örtməyən qadınları dinsizlikdə və inqilaba qarşı olmaqda ittiham etmək olmaz.

“Hamımız çatışmayan cəhətlərə sahibik, bunları mümkün olduğu qədər aradan qaldırmalıyıq. Hicabı düzgün geyinməyən qadınlar yenə də bizim qızlarımızdır”, - deyə Xamenei bildirib.

Qeyd edək ki, ötən ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin hicabını düzgün taxmadığı iddiası ilə əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və dünyasını dəyişməsindən sonra İran rəhbərliyi bir çox ölkələr tərəfindən tənqid olunub. Bir çox qurum və təşkilatlar İranı qadınların hüquq və azadlıqlarını təmin etməyə çağırıb. Qadınlar ölkə rəhbərliyinin qadınlara qarşı sərt siyasətinə qarşı etiraz aksiyalarına başlayıb. Xüsusilə də, aksiyalarda qadınların sözügedən qaydalara etiraz olaraq öz baş örtüklərini açdıqlarını, ictimai yerlərdə hicabsız gəzdiklərini görmək mümkün olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi