hia.az
hia.az

Oğlunun “ciyəraxşamı”nda qumar təşkil edən ata həbs edildi

138 dəfə baxılıb 20-12-2022, 14:14

Oğlunun “ciyəraxşamı”nda qumar təşkil edən ata həbs edildi


Beyləqanda qumar mərasimi iştirakçıları saxlanılıb.

Parlamentinsesi.az DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupuna istinadən xəbər verir ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini S.Mehdiyevin evinin qarşısında qumar mərasimi təşkil etdiyi müəyyən olunub. S.Mehdiyev və orada olan 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək məhkəməyə göndərilib. Qərara əsasən, 9 nəfərə 3 min manat inzibati cərimə, mərasimin təşkilatçısına isə 5 gün müddətinə inzibati həbs tənbeh tədbirləri tətbiq edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə S.Mehdiyevin övladının kiçik toy mərasimi ilə əlaqədar keçirilən “ciyəraxşamı” mərasimində baş verib. Həbs edilən S.Mehdiyevin övladının bu gün kiçik toy mərasimidir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi