hia.az

Tovuzda maşın bazara girdi - Ölən və yaralananlar var

131 dəfə baxılıb 16-12-2022, 14:44

Tovuzda maşın bazara girdi - Ölən və yaralananlar var


Tovuzda ağır yol qəzası baş verib.

Hadisə rayon ərazisində yerləşən mal-qara bazarında qeydə alınıb. Rayon sakini, 1967-ci il təvəllüdlü Asim Hacımahmudovun idarə etdiyi “Volqa” markalı avtomobil sərt enişli torpaq yolda sürüşərək sürətlə bazara daxil olub.

Bu zaman avtomobil bazar ərazisində olan piyadalar: Aslanov Ramiz Bayram oğlu, Əliyeva Göyçək Qələndər qızı, Alıyev Ramil Həsən oğlu, Orucov Asəf Natiq oğlu və Əliyev Hümmət Ülfət oğlunu vurub. Maşının altında qalan şəxslər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Onlardan 2001-ci il təvəllüdlü Hümmət Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Tovuz RPŞ-də cinayət işi açılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi