hia.az
hia.az

Tarif Şurasının səlahiyyətləri azaldılır

127 dəfə baxılıb 13-12-2022, 14:54

Tarif Şurasının səlahiyyətləri azaldılır


Tarif Şurasının səlahiyyətləri azaldılır.

Bu, Nazirlər Kabinetinin “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”na etdiyi dəyişiklikdə əksini tapıb.

Mülki məqsədlər üçün istifadə edilən radiotezliklərə onların istifadə təyinatı, sayı, zolağı və istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla, birdəfəlik və müddətli (aylıq və ya illik) tariflər müəyyən edilir.

Qərara əsasən, tariflərin müəyyən edilməsi radiotezlik nominallarının (kanallarının) sayı, istifadə olunacaq radioelektron vasitələrinin texniki göstəriciləri, şəbəkə texnologiyaları, zolağın əhəmiyyətlilik dərəcəsi, onlara tələbat, aparılan texniki araşdırma və ölçü işlərinin həcmi nəzərə alınmaqla, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla həyata keçiriləcək.

İndiyə qədər tariflərin müəyyən edilməsi radiotezlik nominallarının (kanallarının) sayı, istifadə olunacaq radioelektron vasitələrinin texniki göstəriciləri, şəbəkə texnologiyaları, zolağın əhəmiyyətlilik dərəcəsi, onlara tələbat, aparılan texniki araşdırma və ölçü işlərinin həcmi nəzərə alınmaqla, Tarif (qiymət) Şurası tərəfindən həyata keçirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi