hia.az

Fransa İrəvanın tələbini rədd etdi

140 dəfə baxılıb 22-11-2022, 18:27

Fransa İrəvanın tələbini rədd etdi


Fransa Zəngəzurun (Sünik vilayəti) eks-qubernatoru Surik Xaçatryanı Ermənistana ekstradisiya etməkdən imtina edib.

Bu barədə Ermənistan Baş Prokurorluğundan bildirilib.

İlkin araşdırma zamanı Xaçatryanın Fransada olması barədə məlumat əldə edilib. Onun ekstradisiyası üçün Parisə sorğu göndərilib.

Oktyabrın sonunda Fransa Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyi vasitəsilə Ermənistanın hüquq-mühafizə orqanlarını bu barədə məlumatlandırıb. Bildirilib ki, iyunun 29-da Fransa məhkəmə orqanları İrəvanın müraciətinə mənfi rəy veriblər.

Fransa tərəfi bildirib ki, bu qərar ekstradisiya haqqında Avropa Konvensiyasına əsaslanır. Belə ki, ekstradisiya “aidiyyəti şəxs üçün son dərəcə ağır nəticələrə səbəb ola bilər”.

Mənbə: Sputnik Ermənistan


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi