hia.az

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib

8 dəfə baxılıb Bu gün, 11:24

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib


Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Quru Qoşunlarının N hərbi hissəsində bir qrup hərbi vəzifəlinin cəlb olunması ilə növbəti təlim toplanışı keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfərbərlik tədbirlərinin yerinə yetirilməsi ardıcıllığına uyğun olaraq təlimə cəlb olunanlar hərbi uçot ixtisası üzrə bölüşdürülüb, bütün növ təminatlarla təmin edilib.

Toplanış çərçivəsində günün nizam qaydalarına uyğun fəaliyyətlər icra olunub, o cümlədən onlarla maarifləndirici söhbətlər aparılıb, hərbi nizamnamələrin, hərbi qanunvericiliyin tələbləri və təhlükəsizlik qaydaları çatdırılıb.

İştirakçılarla sıra, nizamnamə, ictimai-siyasi və ixtisas hazırlıqları üzrə məşğələlər keçirilib, həmçinin praktiki atış çalışması yerinə yetirilib.

Qeyd edək ki, toplanışın əsas məqsədi hərbi vəzifəlilərin praktiki vərdişlərinin təkmilləşdirilməsi, bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də onların yeni hərbi biliklər əldə etmələridir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi