hia.az
hia.az

Zelenski G20 liderlərini müharibəni dayandırmağa çağırdı

116 dəfə baxılıb 15-11-2022, 13:51

Zelenski G20 liderlərini müharibəni dayandırmağa çağırdı


Bu gün İndoneziyanın Bali adasında G20 sammiti başlayıb.

Parlamentinsesi.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski videobağlantı ilə sammitdə çıxış edib.

O öz çıxışında sammitdə iştirak edən G20 ölkələrinin rəhbərlərini öz liderliklərini gücləndirməyə və onun təklif etdiyi sülh planına uyğun olaraq Rusiya ilə münaqişəni dayandırmağa çağırıb.

Zelenski, həmçinin Rusiya ilə əsir mübadiləsini “hamının hamıya” prinsipi ilə həyata keçirməyi təklif edib.

Qeyd olunur ki, V. Zelenskinin münaqişənin dinc yolla nizamlanması və hərbi əməliyyatların dayandırılması ilə bağlı yeni tələblərinə Zaporojye AES-də radiasiya təhlükəsizliyinin bərpa edilməsi, Rusiyanın enerji resursları ilə bağlı ən yüksək qiymət həddinin tətbiq edilməsi və “taxıl sazişi”nin genişləndirilməsi olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi