hia.az
hia.az

Hindistanda körpü uçdu - 132 ÖLÜ (YENİLƏNİB/VİDEO)

86 dəfə baxılıb 31-10-2022, 12:18

Hindistanda körpü uçdu - 132 ÖLÜ (YENİLƏNİB/VİDEO)


Hindistanın Qucarat ştatında asma körpünün uçması nəticəsində ölənlərin sayı 132-yə çatıb.

Bu barədə Qucarat əyalətinin daxili işlər naziri Harş Sanqavi məlumat yayıb.


Bildirilir ki, Britaniya dövründən qalan körpünün təmirdən cəmi bir həftə sonra dağılıb.

***21:50

Hindistanın Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində ölənlərin sayı 90-ı ötüb.

NDTV bazar günü bildirib.

Bu məlumatlara görə, 91 nəfər faciənin qurbanı olub. 70 nəfər yaralanıb və xəstəxanalara aparılıb.

***21:32

Hindistanın qərbindəki Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində ölənlərin sayı 60 nəfəri keçib.

Bu barədə mənzil və kənd inkişafı naziri Briyeş Merkuya məlumat verib .

Onun sözlərinə görə, ən azı 60 nəfər ölüb,17 nəfər xəstəxanadadır.

Faciə yerində xilasetmə əməliyyatı davam edir. Hakimiyyət qurbanların sayının artmaqda davam edəcəyini istisna etmir.

Faciə yerində olan mənzil və kənd inkişafı naziri Brijeş Merja bildirib ki, ölənlərin əksəriyyəti qadınlar və uşaqlar, eləcə də qocalardır.

“Sudan 60-dan çox insanın meyiti çıxarılıb, onların əksəriyyəti uşaq, qadın və qocadır.

Onun sözlərinə görə, hadisə yerində xilasetmə əməliyyatı davam edir. Onların bir çoxu sudan özbaşına çıxıb.

Daha əvvəl azı 40 nəfərin öldüyü bildirilirdi.

Körpü üzərində 500-ə yaxın insan olan zaman dağılıb. 100-dən çox insan su altında qalıb. Xilasedicilər hadisə yerindədir.

Qeyd edək ki, faciə Maççu çayı üzərindəki Morbi körpüsündə baş verib. O, 140 il əvvəl tikilib, bir neçə ildir ki, yenidən qurulub və cəmi dörd gün əvvəl ziyarətçilərin üzünə açılıb. Yerli sakinlərin də qoşulduğu xilasetmə əməliyyatına baş nazir Narendra Modi rəhbərlik edir.

***19:52

Hindistanın qərbindəki Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində azı 40 nəfər ölüb.

Bu barədə NDTV kanalı məlumat yayıb.

Körpü üzərində 500-ə yaxın insan olan zaman dağılıb. 100-dən çox insan su altında qalıb. Xilasedicilər hadisə yerindədir.

Faciə Maççxu çayı üzərindəki Morbi körpüsündə baş verib. O, 140 il əvvəl tikilib, bir neçə ildir ki, yenidən qurulub və cəmi dörd gün öncə ziyarətçilərin üzünə açılıb. Yerli sakinlərin də qoşulduğu xilasetmə əməliyyatına Baş nazir Narendra Modi rəhbərlik edir.

Hadisə şahidləri tərəfindən lentə alınan videoda körpünün troslarında bir nəfərin asılı olduğu görünür. Digərləri özlərini xilas etmək üçün çaya atılıblar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi