hia.az
hia.az

“Emin 444”ün qətl törətmiş xalası oğluna HÖKM OXUNDU

87 dəfə baxılıb 28-10-2022, 19:22

“Emin 444”ün qətl törətmiş xalası oğluna HÖKM OXUNDU


“Emin 444”ün ölümünə görə qətl törətmiş Samir Şirəliyevə hökm oxunub və o,18 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Xatırladaq ki, dövlət ittihamçısı S.Şirəliyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə bu il Nəsimi rayonu 6-cı mikrorayon ərazisində baş verib. Tanınmış idmançı, dünya çempionu Zaur Yusifov evinin yaxınlığında marketdə “Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Zaur Yusifov "Emin 444" ləqəbi ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlində təqsirləndirilib.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ötən ilin oktyabrında elan olunmuş hökmə əsasən, hadisədə iştirakı sübut olunmadığı üçün Zaur Yusifova bəraət verilib.

Zaur Yusifovun qətlinin qisas məqsədilə törədildiyi istisna edilmir. Çünki onu qətl edən Samir Şirəliyev “Emin 444” kimi tanınan Emin Səfərovun xalası oğlu olub.
“Emin 444”ün qətl törətmiş xalası oğluna HÖKM OXUNDU

Fotoda: “Emin444” ləqəbli mərhum kriminal avtoritet Emin Səfərov
“Emin 444”ün qətl törətmiş xalası oğluna HÖKM OXUNDU

Fotoda: Mərhum dünya çempionu Zaur Yusifov


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi