hia.az
hia.az

Baş nazir nəqliyyatın vəziyyəti ilə bağlı müşavirə keçirdi

112 dəfə baxılıb 15-10-2022, 14:25

Baş nazir nəqliyyatın vəziyyəti ilə bağlı müşavirə keçirdi


Oktyabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Bakı şəhərində nəqliyyatın vəziyyətinə dair işçi müşavirə keçirilib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, müşavirədə cari ilin 3 oktyabr tarixində keçirilmiş geniş müşavirə zamanı ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi ilə bağlı verilmiş tapşırıqların icra vəziyyəti müzakirə olunub.

Müzakirə zamanı ötən müşavirədə verilmiş tapşırığa əsasən hazırlanmış, Bakı şəhərində avtomobil nəqliyyatı sahəsində mövcud olan və qısa müddət ərzində həlli mümkün sayılan problemlərə dair Tədbirlər Planının ilkin layihəsi təhlil edilib.

Tədbirlər Palnına yolların buraxılış imkanlarının artırılması, ictimai nəqliyyatın daşıma potensialının genişləndirilməsi, yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi və başqa məsələlər daxildir.

Müşavirədə habelə ictimai nəqliyyat sahəsində struktur islahatlarının davam etdirilməsi, inzibati, infrastruktur və təşkilatı tədbirlərlə bağlı məsələlər müzakirə olundu və konkret zaman ərzində yerinə yetirilməli olan tapşırıqlar verildi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi