hia.az
hia.az

Moskvada terrora hazırlaşan ukraynalı SAXLANILDI

125 dəfə baxılıb 12-10-2022, 16:23

Moskvada terrora hazırlaşan ukraynalı SAXLANILDI


Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Moskva vilayətində İqla MANPADS-dən istifadə etməklə terror aktları hazırlayan Ukrayna Təhlükəsizlik Xidmətinin agentini saxlayıblar.

Parlaemntinsesi.az gazeta.ru-ya istinadən xəbər verir ki, idarədən verilən məlumata görə, 1972-ci il təvəllüdlü saxlanılan şəxs Moskva vilayətində təxribat törətməyi planlaşdırıb.

O, SBU-nun göstərişi ilə avtomobildə təchiz olunmuş anbarda terror aktı törətmək üçün Kiyevdən Rusiyaya Estoniyadan tranzit yolu ilə iki ədəd “İqla” portativ zenit-raket kompleksini gətirib.

Axtarışlar zamanı şübhəli şəxsdən silah-sursat və rabitə vasitələri götürülüb.

FTX bildirib ki, şəxs əməlini etiraf edib və istintaqla əməkdaşlıq edir.

Faktla bağlı mütəşəkkil dəstə tərəfindən qanunsuz silah əldə etmə, ötürmə, satma və saxlama maddəsi ilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222-ci maddəsinin 4-cü hissəsi) cinayət işi başlanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi