hia.az

Əhədpurun Azərbaycandakı məşhur şirkəti ödəmələrdən yayınıb

215 dəfə baxılıb 12-10-2022, 14:11

Əhədpurun Azərbaycandakı məşhur şirkəti ödəmələrdən yayınıb


Azərbaycanda kürü və balıq məhuslları istehsalı üzrə tanınan “Caspian Fish Co Azerbaijan” MMC məhkəməlik olub.

Şirkət barəsində İnzibati Xətalar Məcələssinin 464-cü maddəsinə əsasən, protokol tərtib edilib.

Şirkət az miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaqda ittiham olunur. İddia təstiqini taparsa, bu zaman “Caspian Fish”i inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə gözləyir.

Qeyd edək ki, işə Abşeron Rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə baxılacaq. Hazırlıq iclası oktyabrın 26-na təyin olunub.

Əlavə edək ki, “Caspian Fish” şirkəti 2001-ci ildən fəaliyyət göstərir. Şirkətin prezidentinin iranlı iş adamı Manuçehr Əhədpur Xangah olduğu bildirilir. //“Qafqazinfo”//


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi