hia.az
hia.az

Tailandda bağçaya silahlı hücum - 22 uşaq öldü (YENİLƏNİB)

160 dəfə baxılıb 6-10-2022, 16:29

Tailandda bağçaya silahlı hücum - 22 uşaq öldü (YENİLƏNİB)


Xəbər verdiyimiz kimi, ölkənin şimal-şərqində yerləşən Nonq Bua Lamphu şəhərindəki uşaq bağçasında atışma baş verib.

Parlamentinsesi.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ilə bağlı polis yeni açıqlama verərək, ölənlərin sayının 34-ə çatdığını bildirib. Qeyd edilir ki, həyatını itirənlərdən 22-si uşaqdır.

Tayland polisi həmçinin keçmiş polis olduğu üzə çıxan hücumçunu tutmaq üçün bütün səlahiyyətlilərin xəbərdar olduğunu bildirib. Polisin adının Panya Khamrap olduğu öyrənilib. Cinayətkarın həm silah, həm də bıçaqdan istifadə etdiyi qeyd edilib.

Tayland mətbuatında çıxan xəbərlərdə Panya Khamrap adlı keçmiş polisin ağ rəngli dördqapılı pikap sürərkən narkotik aludəçisi olduğu üçün işdən çıxarıldığı bildirilir. Həmin şəxsin sabah məhkəmə qarşısına çıxacağı gözlənilir.

Qeyd edək ki, cinayətkar həyat yoldaşı və uşağını da öldürərək intihar etdiyi qeyd edilir.

*** 12:26

Bu gün Tailandda uşaq bağçasına silahlı basqın olub.

PARLAMENTINSESI.AZ xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində azı 31 nəfər həlak olub. Onların arasında uşaqlar da var.

Qeyd edək ki, hücum edənin keçmiş polis əməkdaşı olduğu və axtarışların davam etdiyi bildirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi