hia.az
hia.az

Erməni silahlıları Zəngilandakı postumuza HÜCUM EDİB

150 dəfə baxılıb 22-09-2022, 15:01

Erməni silahlıları Zəngilandakı postumuza HÜCUM EDİB


Zəngilan istiqamətində kiçik sərhəd hadisəsi baş verib.

Parlamentinsesi.az "Caliber"ə istinadən xəbər verir ki, üç erməni silahlısı göstərilən istiqamətdə postlarımızdan birinə hücum edib.

Sərhədçilərimizin xəbərdarlıq atəşindən sonra onlar mövqeyimizi atəşə tutublar. Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələrinin cavab atəşi nəticəsində hücum edənlərdən biri yaralanıb.

Erməni tərəfi hərbi kanallar vasitəsilə hadisəyə görə üzr istəyib, həmin şəxslərin sərxoş vəziyyətdə olduğunu və belə bir hadisənin komandanlıqla heç bir şəkildə razılaşdırılmadığını qeyd edib.

İnsident aradan qaldırılıb, hazırda sərhəd bölgəsində vəziyyət sakitdir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi