hia.az
hia.az

Rəsmi İrəvandan Zaxarova və Kremlə qarşı sərt sözlər

148 dəfə baxılıb 17-09-2022, 15:37

Rəsmi İrəvandan Zaxarova və Kremlə qarşı sərt sözlər


Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya XİN rəsmisi Mariya Zaxarovanın səsləndirdiyi fikrə və ümumiyyətlə Kremlə sərt reaksiya göstərib.

O, Mariya Zaxarovanın “hətta bu situasiyada da (sərhəd toqquşması nəzərdə tutulur – red.) sülh danışıqları davam etdirilməlidir” sözlərinə cavab verib.

“Bəs niyə belə bir situasiya yaranıb? Necə yəni “hətta belə situasiyada da”? Kim təminat verir ki, “belə bir situasiya” yaranmayacaq? Qoy, Rusiya bunu bizə desin. Niyə indi açıq şəkildə bizə demir ki, indi heç nə edə bilməz? Amma imitasiya edir, yaxud situasiyanı belə vəziyyətdə buraxır... Rusiyanın böyük ərazisi var. Bağışlayın, ancaq bizim belə resursumuz yoxdur. Biz 3 milyonluq kiçik ölkəyik, bizim üçün hər metr böyük dəyər kəsb edir”.

Buna baxmayaraq, o, sülh danışıqlarının davam etdiyini qeyd edərək, sülh müqaviləsinin tezliklə reallığa çevriləcəyinə ümid etdiyini bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi