hia.az
hia.az

Özbəkistan Prezidenti bu azərbaycanlıları təltif etdi

150 dəfə baxılıb 30-08-2022, 16:57

Özbəkistan Prezidenti bu azərbaycanlıları təltif etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin müvafiq sərəncamı ilə azərbaycanlı elm və mədəniyyət xadimləri mükafatlandırılıb.

Bu barədə Özbəkistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Sərəncama əsasən, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının vokalisti Gülyanaq Məmmədovaya “Özbəkistan Respublikasının Xalq artisti” adı verilib.

Bundan başqa, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərov, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri Almas Binnətova “Dostluq” ordeni ilə təltif ediliblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi