hia.az
hia.az

Avrozonada rekord inflyasiya: Azərbaycana təsiri nə olacaq? - AKTUAL

12 dəfə baxılıb 20-08-2022, 08:15

[medium]https://gundem.media/uploads/posts/2022-08/1660968814_1660968578_0001.jpg[/medium]


Avropa Statistika Agentliyi ("Eurostat") iyul ayı üçün Avropa İttifaqı (Aİ) və Avrozona üçün illik inflyasiya məlumatlarını açıqlayıb.

Avrozonada iyunda 8,6% olan illik inflyasiya, iyul ayında 8,9%-ə yüksəlib. Avropa İttifaqında iyunda 9,6 faiz olan illik inflyasiya iyulda 9,8 faiz təşkil edib. İnflyasiya ötən ilin iyul ayında Avrozonada 2,2 faiz, Aİ-də isə 2,5 faiz təşkil etmişdi.
Beləliklə, iyul ayında Avrozonada inflyasiya “Eurostat” tərəfindən məlumatların toplandığı son 25 ildə ölçülən ən yüksək səviyyədə olub.

İyul ayında Avrozonada illik inflyasiya artımına 4,02 % ilə enerji məhsulları ən böyük töhfəni verib. Enerjinin ardınca 2,08 faizlə qida, alkoqol və tütün məmulatları, 1,6 faizlə xidmətlər və 1,16 faizlə qeyri-enerji sənayesi məhsulları gəlir.

İyulda inflyasiya Estoniyada 23,2 faiz, Latviyada 21,3 faiz, Litvada 20,9 faiz, Çexiyada 17,3 faiz, Bolqarıstanda 14,9 faiz, Macarıstanda 14,7 faiz, Polşada 14,2 faiz, Rumıniyada 13 faiz, Slovakiyada 12,8 faiz, Xorvatiyada 12,7 faiz, Sloveniyada 11,7 faiz, Niderladda 11,6 faiz, Yunanıstanda 11,3 faiz, İspaniyada 11,3 faiz, Belçikada isə 10,4 faiz təşkil edib.

Beləliklə, Aİ-yə üzv olan 27 ölkədən 16-sında inflyasiya ikirəqəmli səviyyəyə çatıb. İnflyasiya Almaniyada 8,5 faiz, İtaliyada 8,4, Fransada isə 6,8 faiz təşkil edib.

Qeyd edək ki, cari ildə ölkəmizdə rəsmi inflyasiya 12 faizdən artıqdır. Bu rəqəmin ilin sonunadək dəyişməz qalacağı da şübhə doğurur.

Avrozonada inflyasiyanın mövcud artımı Azərbaycanda inflyasiyaya öz təsirini göstərəcəkmi? iqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirdi ki, bu gün çörəyin qiymətində 5 qəpik artım baş verib və bizdə enerji siyasətinə baxsaq inflyasiya gözlənilmir:

“Ancaq Avropada bu proses davam edərsə, inflyasiyanın nəticəsi olaraq müəyyən bahalaşmalar baş verərsə, biz yenidən xaos inflyasiyasına məruz qala bilərik. Bizim problemimiz budur. Daxildə bizi enerji daşıyıçıları ilə hər hansısa kataklizimlər gözləmir.

Əgər aparıcı Avropa Birliyindəki ölkələrdə bu proses davam edəcəksə, bizdə də təsirsiz qalmayacaq. Bu zəncirvari effektdir. Biz bir çox məhsullarda idxal amilindən asılıyıq. Əgər o ölkələrdə bahalaşma, inflyasiya baş verərsə, şübhəsiz ki, biz də inflyasiyanı idxal etmiş olacağıq. Ölkə rəhbəri ikirəqəmli inflyasiyanı birinci rübün sonuna özü qeyd etmişdi. Bu nöqteyi-nəzərdən gözlənilməz, proqnozdan üstün inflyasiya vəziyyəti yarana bilər. Əsasən də iki istiqamət - Rusiya-Ukrayna müharibə ilə bağlı enerji böhranı nəticəsində yarana biləcək inflyasiya, bir də ərzaq infyasiyasıdır.

FAO-nun məlumatına görə, ötən ilin iyul ayı ilə cari ilin iyul ayınadək 1 il ərzində 13, 1 faiz bahalaşma baş verib. Bunu da nəzərə alsaq iki istiaqmətdə biz bununla üzləşə bilərik”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi