hia.az
hia.az

Yaylaq Festivalından razılıq edən də var imiş... - AÇIQLAMA

139 dəfə baxılıb 1-08-2022, 12:03

Yaylaq Festivalından razılıq edən də var imiş... - AÇIQLAMA


Üç gün Milli Yaylaq Festivalında oldum. Amma Telli Pənahqızının qeyd etdiyi problemləri qəbul edə bilmərəm”.

Bu sözləri xalq artisti Nurəddin Mehdixanlı Azərbaycan Teleradiosu Akademiyanın rəhbəri Telli Pənahqızının ll Milli Yaylaq Festivalı ilə bağlı paylaşımına reaksiya olaraq bildirib:

Orda, gözəl olan, ruhu oynadan nəsnələr daha çox idi.

Təbii ki, hər kəs görmək istədiyin görür…

Şəxsən mən , tıxaca, yaylaq yolunun toz-torpağına, dağların başında yaylaq yağışına düşməyimizə baxmayaraq, şad idim, zövq aldım, ruhum dincəldi.

Təşkilatçılara, əməyi keçən hər kəsə təşəkkür edirəm!

Mən orda minlərlə üzlərindən xoşbəxtlik, gözlərindən işıq yağan insanlar gördüm.

P.S. Yaylaq yolları asfaltmı olur Telli xanım?
Yaylaq deyirsiniz. Axı yaylaq, Bakıda keçirilən tədbirlərin, mərmərli, parketlı, furşetli məkanlarına bənzəməz.
Medianews.az


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi