hia.az
hia.az

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi

116 dəfə baxılıb 19-07-2022, 16:38

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizeri qəbul edib.

Dövlət başçısı Marius Vizeri ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirərək, Beynəlxalq Cüdo Federasiyasının Azərbaycanda cüdo idman növünün inkişafına verdiyi dəstəyi qeyd edib.

Prezident İlham Əliyev cüdoçularımızın əldə etdikləri son nailiyyətlərdən danışıb, onların beynəlxalq turnirlərdə daha uğurla iştirak etdiklərini vurğulayıb, Azərbaycan Cüdo Federasiyasındakı dəyişikliklərə toxunub.

Dövlət başçısı Beynəlxalq Cüdo Federasiyası tərəfindən ölkəmizdə idmanın bu növü ilə bağlı verilən tövsiyələrin önəmini vurğulayaraq, bunun Azərbaycanda cüdonun inkişafına, xüsusilə gənc nəslin bu idman növünə marağının artırılmasına xidmət etdiyini bildirib.

Qonaq ölkəmizin Beynəlxalq Cüdo Federasiyasının fəal üzvü olduğunu məmnunluqla qeyd edib və uğurlu əməkdaşlığın həyata keçirildiyini deyib. Marius Vizer Azərbaycanda cüdonun inkişafına göstərilən diqqəti yüksək qiymətləndirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi